Vaxt.Az

«Turan» agentliyi fəaliyyətini dayandırdı


 

«Nə qədər davam edəcəyini zaman göstərəcək»

«Turan» agentliyi fəaliyyətini dayandırdı «Turan» İnformasiya Agentliyi fəaliyyətini dayandırdığı barədə bəyanat yayıb. Virtualaz.org-un agentliyin saytına istinadən məlumatına görə, qurumun direktoru Mehman Əliyevin saxlanması və ona qarşı vergidən yayınma ittihamı üzrə cinayət işinin açılması ilə əlaqədar agentliyin bank hesabları dondurulub.

«Yaranmış vəziyyəti nəzərə alaraq, «Turan»ın kollektivi sentyabrın 1-dən öz fəaliyyətini qeyri-müəyyən vaxta dayandıracaq.

Çalışacağıq ki, yaxın vaxtlarda öz şəxsi vəsaitimiz və entuziazm hesabına saytın işini davam etdirək. Xəbərlərin buraxılışında məhdudiyyətlər olacaq. Bunun nə qədər davam edəcəyini zaman göstərəcək», - deyə bəyanatda vurğulanıb.

Xatırladaq ki, Mehman Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin iki maddəsi üzrə ittiham irəli sürülüb: iri məbləğdə vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə.

 





25.08.2017    çap et  çap et