Onun sözlərinə görə, avqustun 24-də jurnalist Bolqarıstan Milli Təhlükəsizlik Agentliyinə çağırılaraq, Suriyadakı terrorçulara silahların təchizatı ilə bağlı sənədlərlə əlaqədar sorğu-sual edilib.
Bundan sonra o, «Trud» qəzetində tutduğu vəzifədən xaric olunub. Bir neçə gündən sonra Dilyana Qaytanciyeva Suriyaya növbəti dəfə səfər etməli idi.
Xatırladaq ki, bir müddət öncə Qaytanciyeva böhtan xarakterli məqalə yazmış və həmin məqalədə iddia etmişdi ki, guya «Silk Way» aviaşirkəti və Azərbaycan Hərbi-Hava Qüvvələri diplomatik aviareyslər adı altında silah daşıyır. Daha sonra Azərbaycan diplomatları və «Silk Way»in təmsilçiləri həmin məlumatı təkzib etmişdilər.