Vaxt.Az

Soçi görüşlərinin nəticəsi


 

Əliyevlə Putin anlaşdı, erməni Qabrielyanov cəzasını aldı

Soçi görüşlərinin nəticəsi Azərbaycan və Rusiya prezidentlərinin ötən ay iyulun 21-də Soçidə baş tutmuş görüşü ilə neçə vaxtdır Azərbaycana qarşı hər fürsətdə təbliğat aparan, erməni Aram Qabrielyanovun başçılıq etdiyi «Life news» telekanalının bağlanması arasında əlaqə var. Virtualaz.org xəbər verir ki, bu sensasion məlumat jurnalist Eynulla Fətullayevin haqqin.az saytında bu günlərdə dərc edilmiş, Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmaq istəyən Moskvadakı erməni dairələrinin fəaliyyətinə həsr olunmuş məqaləsində (https://haqqin.az/comics/108818) yer alıb.

Xəbər verildiyi kimi «Life news» telekanalı avqustun 19-dan etibarən efirdən yığışdırılıb, telekanal artıq kabel və kanalları ilə yayımlanmır, ancaq internet platforması üzərindən fəaliyyətini davam etdirir. İnternet televiziya formatına isə gələcəkdə təkcə xüsusi ekstremal vəziyyətlərdə canlı yayımlar verəcək, habelə saytı fəaliyyətini davam etdirəcək. Rusiya mənbələrində telekanalın Kreml tərəfindən bağlandığı haqda xəbərlər yayılıb. Qabrielyanov özü bu məlumatları təkzib edir.

Eynulla Fətullayevin məqaləsində deyilir ki, Rusiya XİN-dəki erməni dairələrinin Bakı ilə Moskva arasında mnasibətlrin möhkəmlənməsinə mane olmağa yönəlmiş bütün səylərinə baxmayaraq prezidentlər İlham Əliyev və Vladimir Putin arasında şəxsi etimada əsaslanan möhkəm format qalır. Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə, hakim elitalar və dövlət institutları arasında yeni arzuolunmaz böhranlı vəziyyətlərin yaranmasının qarşısını almaqda əsas ümid yeri məhz bu formatdır.

«Rusiya XİN-in rəhbərliyinin günahı üzündən yaranmış diplomatik böhrandan sonra iyulun 21-də Putin və Əliyev Soçidə saatlarla danışıqlar apardılar. Və bizim əldə etdiyimiz informasiyaya görə prezidentlərin Rusiya və Azərbaycanın maraqları baxımından həyati vacib əhəmiyyət kəsb edən bu danışıqları bir çox suallara aydınlıq gətirdi. Görünür təsaddüfi deyil ki, bu görüşdən az sonra Moskvada ermənilərin ruporlarından biri olan «Life news» telekanalı-Qabrielyanovun Azərbaycan haqda feyk-xəbərlər yayan sarı «piştaxtası» bağlandı. İstisna etmək olmaz ki, Moskvadakı erməni nəşrlərinin fəaliyyəti prezidentlərin görüşündə müzakirə olunmuşdu»-məqalədə deyilir.

 





26.08.2017    çap et  çap et