Həlledici görüşdə rusiyalı pəhləvan Hacımurad Rəşidovla qarşılaşan təmsilçimiz rəqibinə 7:1 hesabı ilə qalib gələrək 3-cü dəfə dünya çempionu olub.
Onu da xatırladaq ki, Azərbaycanın güləş tarixində bundan əvvəl belə bir uğura yalnız yunan-roma stili üzrə pəhləvanımız Məhyəddin Allahverdiyev imza atmışdı. O, SSRİ yığmasının tərkibində 1985, 1986 və 1987-ci illərdə dünya çempionu olmuşdu.
***
17:10
Azərbaycan güləşçisi Hacı Əliyev Parisdə güləş üzrə dünya çempionatının finalına yüksəib.
61 kq çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev 1/16 finalda qırğızıstanlı Alibek Osmonov (8:0), 1/8 finalda Yaponiya təmsilçisi Rinya Nakamura (10:1), 1/4-də isə slovakiyalı idmançı Mikola Bolotnyuk (10:0) üzərində inamlı qələbə qazanıb.
Yarımfinalda kubalı Yovlis Bonne Rodrigesi vaxtından əvvəl - 2 dəqiqə 13 saniyəyə məğlub edən H.Əliyev finala yüksəlib.
Digər təmsilçilərimiz Mahir Əmiraslanov (57 kq) 1/16, Aleksandr Qostiyev isə (86 kq) 1/4 finalda məğlub olublar.
Xatırladaq ki, dünya çempionatında yığmamıza hələlik yeganə - bürünc medalı yunan-Roma güləşçimiz Elvin Mürsəliyev (80 kq) qazandırıb.