Hazırda aidiyyəti qurumlar tərəfindən müvafiq təxirəsalınmaz tədbirlər davam etdirilir.
***
Səhiyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hərbi hissənin silah anbarında baş vermiş partlayış nəticəsində altı nəfər yaralanıb.
«Onların hamısı qəlpə yarası alıb. Hadisə yerindən götürülən yaralılar Siyəzən Diaqnostika Mərkəzinə aparılıb. Onların yaraları yüngüldür», mətbuat xidmətinin rəhbəri Liya Bayramova Amerikanın Səsinə deyib.
***
Avqustun 27-də Azərbaycan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində silah anbarında yanğın baş verib. Nəticədə ərazidə partlama müşahidə olunub. Hadisənin səbəblərinin öyrənilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə aidiyyəti strukturların nümayəndələrindən ibarət qrup hadisə yerindədir. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Xatırladaq ki, Bakıdan 70 kilometr şimalda magistral yollarda avtomobillərin hərəkəti dayandırılıb. Uzaqdan partlayış səsləri eşidilir və yanğın görünür.