Vaxt.Az

Moskvada Tramp qülləsi


 

Bu layihə yaxın vaxtlara qədər qüvvədə olub

Moskvada Tramp qülləsi ABŞ Prezidenti Donald Trampın təsis etdiyi «Tramp organization» şirkəti Moskvada göydələn tikmək istəyirmiş. Layihə 2015-ci ilə qədər qüvvədə olub. Bu informasiya hazırda Vaşinqtonda davam edən «Rusiyanın ABŞ seçkilərin müdaxiləsi»nin araşdırmaları ilə bağlı dinləmələrdə müzakirə olunacaq.

«Washington Post» qəzetinin yazdığına görə, ailə şirkəti «Tramp organization» dünyanın bir çox məşhur şəhərdə ucaldılan «Tramp qülləsi» Rusiyanın paytaxtında tikilməsinin perspektivləri müzakirə olunub. Bu barədə təşəbbüs Moskvadakı törəmə şirkətin rəhbəri, biznesmen Feliks Seterdən gəlib. İş adamı bunun üçün Trampdan Rusiyaya gəlməyi və layihənin perspektivlərini yerindəcə müzakirə etməyi xahiş edib. Milyarder dəvətə əhəmiyyət verməyib. Bu vaxt «səhmdarlar və Trampın şirkətləri fikirlərini məktubda izah ediblər», baxmayaraq ki, göydələnin yerləşəcəyi torpaq sahəsi və tikinti üçün rəsmi icazə bağlı problemlər yaranmışdı. Layihə 2016-cı ilin əvvəllərində ləğv olundu.

Jurnalistlərin fikrincə, prezident seçkiləri kampaniyası zamanında belə, milyarderin şirkətinin Rusiya ilə əlaqəli böyük biznes maraqları var idi. Hansı ki, Ağ Ev bunları şərh etməkdə maraqlı deyil.

Xatırladaq ki, Moskvada «Tramp qülləsi»nin tikilməsi bağlı söz-söhbətlər qeyd olunan vaxtdan daha əvvəllərə təsadüf edir. Bu ideyanı ilk dəfə 2013-cü ilin noyabrında «Dünya gözəli 2013» yarışmasının final mərhələsi ilə bağlı Moskvaya səfəri zamanı Donald Tramp özü ortaya atıbmış.

 





28.08.2017    çap et  çap et