Vaxt.Az

«Açıq qapı» günü


 

Müdafiə nazirliyi ictimaiyyətə hərbi hissələrə giriş icazəsi verəcək

«Açıq qapı» günü Qurban bayramı münasibətilə hərbi hissələrdə «Açıq qapı» günü keçiriləcək. Xəbəri Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. «Sentyabrın 2-də saat 11.00-da Qurban bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün «Açıq qapı» günü təşkil olunacaq», - nazirlik bildirir.

Xəbərə görə, ziyarətçilər, ictimaiyyət, KİV nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış, məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər.

Müxtəlif hərbi hissələrdə keçiriləcək «Açıq qapı» günündə valideynlərlə görüşlər təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.

Bu il Qurban bayramı sentyabrın 1-i və 2-nə təsadüf edir. Bu bayramda qurban kəsilən heyvanların ətindən imkansız ailələrə və yetimlərə paylamaq geniş ənənəyə çevrilib.

 





29.08.2017    çap et  çap et