«Payızda imzalayacağıq. Onu imzalamamaq üçün səbəbimiz yoxdur», - «Baze» gənclər düşərgəsinin iştirakçıları ilə görüşdə S.Sərkisyan bildirib.
Sərkisyan onu da qeyd edib ki, bəzi xarici KİV-lər 2013-cü ildə Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AAİB) daxil olması barədə qərarın «bir gecədə qəbul edildiyini bildirirlər, bu isə əsassız və sadəcə gülməlidir».
Onun sözlərinə görə, 2013-cü ildə Ermənistan həm AAİB, həm də Aİ ilə danışıqlar aparırdı.
«Əvvəlcə hər iki birlik bildirirdi ki, biri digərinə mane olmur. Lakin Aİ bildirəndə ki, mane olur, bizə nə etmək qalırdı ki?» – İrəvanın AAİB-yə daxil olmaq barədə qərarını şərh edərkən Sərkisyan deyib.