Futbolinfo.az xəbər verir ki, artıq Şəmkir birinciliyində günün ilk matçı da keçirilib. «Çaparlı» və «Dəllər Cırdaxan» futbolçuları meydanda qüvvələrini sınayıblar. Oyun birincilərin 3:2 hesablı qələbəsiylə başa çatıb.
Rayonun Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov ötən mövsüm 1-ci divizionda çıxış etmiş «Şəmkir»lə bağlı açıqlama verib. İsmayılov «Şəmkir»in qarşıdakı mövsümdə 1-ci divizionda yarışmayacağını bildirib: «Qərara gəldik ki, bu mövsüm «Şəmkir»in fəaliyyətini qismən dayandıraq və növbəti ildən etibarən rayonun kənd və qəsəbələrində yaşayan potensiallı gənclərdən komanda formalaşdıraq».
«Şəmkir» bir zamanlar Azərbaycan çempionu olub, hətta avrokuboklarda da mərhələ adlayıb.