Vaxt.Az

Azarkeşləri «Qarabağ»ı ziyana saldı


 

Stadiona kənar əşya atıldığına görə kluba 1600 manat cərimə kəsildi

Azarkeşləri «Qarabağ»ı ziyana saldı Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub: Topaz Premyer Liqasının 3-cü turunun «Neftçi» – «Kəpəz» matçında «Neftçi»nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Topaz Premyer Liqasının 3-cü turunun «İnter» – «Səbail» matçının 63-cü dəqiqəsində «İnter»in futbolçusu Tərlan Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.

Topaz Premyer Liqasının 3-cü turunun «Qarabağ» – «Qəbələ» matçının 69-cu dəqiqəsində «Qarabağ»ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.

Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin yarışında 2-ci turun «Qarabağ» – «İnter» matçında «İnter»in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.

Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin yarışında 3-cü turun «İnter" – «Səbail» matçında «İnter»in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub. Oyunun 43-cü dəqiqəsində «Səbail»in məşqçisi Toğrul Əhmədov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 400 manat cərimə olunub.

Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin yarışında 3-cü turun «Neftçi» – «Kəpəz» matçında «Kəpəz»in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.

 





29.08.2017    çap et  çap et