Vaxt.Az

«Hər gələn məşqçinin avaz oxumasından doymuşuq»


 

«Neftçi» azarkeşləri yenidən təzyiqlərə başlayıb

«Hər gələn məşqçinin avaz oxumasından doymuşuq» Çempionat başlayandan qələbə üzünə həsrət olan «Neftçi»nin debütant «Səbail»ə 1:0 hesablı məğlubiyyəti və «Kəpəz»lə heç-heçəsi fanatları daha da hiddətləndirib. Komandasından yalnız çempionluq gözləyən azarkeşlər sabiq çalışdırıcı Elxan Abdullayevi Elşad Əhmədovun əvəzləməsindən də narazıdı.

«Forza Neftçi»nin rəhbəri Sübhan Əliyev də şəxsi «Facebook» səhifəsində narazılığını bu şəkildə  bildirib.

«Neftçi»nin bugünkü durumundan nigaran qalan ancaq biz fanatlarıq deyəsən. Bunlar nə fikirləşir, neyləmək istəyir? Elşad yaxşıdır deyirsiniz. O nə yatıb ki, nə də yuxu görüb? Vaxtında Elxan da yaxşı idi sizin üçün. Deyirlər Elşad «Neftçi»nin U-19 komandasında uğur qazanıb, əzmkar kollektiv formalaşdırıb. Qaquliklər, bunu birdəfəlik anlayın ki, «Neftçi»də uğurlu kimi tanınmaq üçün ancaq çempion olmalısan. Sizlər 2, 3-cü yerləri tutmağı uğur saya bilərsiz. Amma bizlər üçün uğur yalnız çempionluqdu. Allah eləməsin, Elşadla yola davam ediləcəksə, bu özünüz üçün «istefa»nı hazırlamaq deməkdi. «Neftçi» azarkeşi bu 3 ildə nağıllara doyub. Uğur qazanmaq istəyirsinizsə, pulu çox bəhanə etməyin. Pul vacib olsaydı «Səbail» şapalaq vurmazdı. İnanmaq lazımdı, mövsümün əvvəlidir ya uğur qazanacaqsınız ya da gedəcəksiz. Başqa yol yoxdur artıq, hər gələn məşqçinin avaz oxumasından doymuşuq».

 





29.08.2017    çap et  çap et