«Deputatın statusu haqqında» qanuna əsasən, deputatlara məzuniyyətdə olduğu zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət verilib.
Qeyd edək ki, Milli Məclisin sədri 4 500, komitə sədrləri 3 600 manat, MM sədrinin müavini 3825 manat, sədrin birinci müavini 4050 manat, sıravi deputatlar isə 3150 manat müavinət alıb.
Milli Məclisdən Modern.az-a daxil olan məlumata görə, parlamentin komitə iclasları sentyabrın 15-dən başlanacaq. Parlamentin ilk plenar iclasının sentyabrın 30-da keçirilməsi gözlənilir.