Vaxt.Az 
Qapımıza qol «yağdı»
		
 
Qardaş aman vermədi
 
	 
		
		
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Türkiyənin Manisa şəhərində təşkil olunmuş «2014 Mercedes-Benz Ege Kuboku» turnirində bu gün ikinci oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, Türkiyə komandası ilə qarşılaşan yığmamız 1:7 hesabı ilə məğlub olub.
Komandamızın oyundakı yeganə qolunu Qara Qarayev vurub.
Yığmamız «2014 Mercedes-Benz Ege Kuboku» turnirinin qrup mərhələsində sonuncu oyununu yanvarın 23-də, Bakı vaxtı ilə saat 14:00-da Ukrayna komandasına qarşı keçirəcək.
	
		
 
21.01.2014    
  çap et