Quba rayonunun Əsgi İqrığ kəndində meşəlik ərazidə itkin düşmüş azyaşlı tapılıb, Fövqəladə Hallar Nazirliyi (FHN) bildirib. 2011-ci ildə doğulmuş Natiq Əliyevi çərşənbə günü səhər 09:45-də tapmaq mümkün olub. Məlumatı uşağın ailəsi də təsdiqləyib.
«Uşağın vəziyyəti normaldır. O, aidiyyəti üzrə təhvil verilib», FHN bildirib.
Sosial şəbəkələrdə azyaşlının itməsi onun son dəfə göründüyü gündən, avqustun 28-dən bəri müzakirə olunurdu.
«Uşaq itkin düşdüyü yerdən 6 kilometr aralıda tapılıb», APA bildirib.
«Azyaşlı 3 gün ac qaldığı üçün tapılarkən halsız olub. O, xilasedicilərdən öncə su istəyib», agentliyin şimal bürosu məlumat verib.
çap et