«Rusiya təbliğatçısı Anna Kurbatova məcburi qaydada Rusiya Federasiyasına qaytarılacaq. Ukrayna hüquqi dövlətdir. Hal-hazırda onun rəsmi çıxarılması üçün lazımi sənədlərin rəsmiləşdirilməsi gedir», - deyə o öz Facebook səhifəsində yazıb.
***
16:29
Bu gün Kiyevdə Birinci kanalın jurnalisti Anna Kurbatova ofisin yanında oğurlanaraq naməlum istiqamətə aparılıb. Virtualaz.org xəbər verir ki, məlumatı «Layf»a Birinci kanaldan da təsdiqləyiblər.
Ukraynadakı hadisələri işıqlandırılması ilə əlaqədar daha əvvəl də ona qarşı təhdidlər olmuşdu. Kiyevə son ezamiyyəti zamanı Anna Kurbatova ölkənin müstəqillik gününün bayram edilməsini işıqlandırıb, həmçinin NATO-nun hərbi qulluqçularının keçirdiyi təntənəli paradda iştirak edib.
Hadisənin təfərrüatları araşdırılır.