Vaxt.Az

«Qarabağ» qrupdan çıxsa...


 

Bukmeykerlər Azərbaycan komandasına fantastik əmsal veriblər

«Qarabağ» qrupdan çıxsa... Avropanın aparıcı bukmeker kontorları UEFA Çempionlar Liqasında iştirak edən klubların mərhələ adlamaq şanslarını açıqlayıb.

Qrup mərhələsinin 32 iştirakçısının 1/16 finala yüksəlməsi üçün pul qoyuluşları bəlli olub. Azərbaycan çempionu «Qarabağ»ın ilk iki yerdən birini tutmaq şansı 41,00 əmsalı ilə dəyərləndirilib. Bu da o deməkdi ki, çempionumuz qrupdan çıxsa, onlara pul qoyuluşu edənlər 41 qat qazanc əldə edəcək. C qrupunda çıxış edən təmsilçimiz digər üç rəqibi ilə müqayisədə daha az şansa malikdi.

İngiltərə «Çelsi»sində bu rəqəm 1,33, İspaniya «Atletiko»sunda isə 1,36-dı. İtaliya «Roma»sı əsas favoritlərdən az geri qalır – 1,60.

Ümumiyyətlə isə «Qarabağ» 32 komanda arasında 31-ci göstəriciyə malikdi. Yalnız Kipr APOEL-inin mərhələ keçməsinə inam daha azdı – 51,00. Bu da onların «Real», Dortmund «Borussiya»sı və «Tottenhem»lə eyni qrupa düşməsi ilə bağlıdı.

ÇL-in ən şanslıları isə «Barselona», «Bavariya» və PSJ-di. Onların qrupdan çıxmaq ehtimalı 1,01-di. (apasport)

 





30.08.2017    çap et  çap et