Virtualaz.org xəbər verir ki, bu barədə «Anadolu»ya Təhsilin keyfiyyətinin artırılması mərkəzindən məlumat verilib.
Lisenziya beş illik müddətə ləğv edilib. Təhsil Nazirliyi lisenziyanın ləğvi qərarını kollecin standartlarının ölkə təhsil sistemiylə uyuşmaması ilə izah edib. Qərar on iş günü ərzində qüvvəyə minəcək və bundan sonra kollec bağlanacaq.
Eyni zamanda kollec rəhbərliyi Təhsil Nazirliyinin qərarından məhkəməyə şikayət edə bilər.
Qeyd edək ki, Gürcüstanda Fətullah Gülənin tərəfdarlarının məktəbləri 1993-cü ildən fəaliyyət göstərir. Əvvəlcə onlar «Çağ Təhsil müəssisəsi» adı ilə fəaliyyət göstəriblər, daha sonra isə ad dəyişdirilib və «Dəmirəl adına kollec»i ilə əvəz olunub.