Vaxt.Az

«Azərbaycan güclü idi»


 

Lars Laqerbek: «Ümidvaram ki, bu dəfə biz qalib gələcəyik»

«Azərbaycan güclü idi» Futbol üzrə Norveç milli komandasının baş məşqçisi Lars Laqerbek Azərbaycan yığması ilə DÇ-2018-in seçmə mərhələ matçından əvvəl mətbuat konfransı keçirib. VAXT.AZ xəbər verir ki, isveçli mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bölüşüb:

- Oyuna hazırıq. Son oyunda müdafiədə yaxşı təsir bağışladıq. Hücum etməyə də çalışacağıq. Azərbaycan millisi də çox yaxşı komandadır. Bu səbəbdən, maraqlı futbol alınacağına ümidvaram.


- Heyətdə hər hansı problem var?

- Heç kim ciddi zədəli deyil. Hamı futbol oynaya biləcək və matça hazırdırlar.


- Bakıdakı ilk oyunu yəqin ki, izləmisiniz. Sizcə, Norveç millisi niyə uduzdu və komandanızda nə çatmadı?

- Əlbəttə, televiziya vasitəsilə baxdıq. Hansısa nəticə çıxarmaq çətindir. Oyun elə alındı ki, Azərbaycan güclü oldu. Biz də matça hazırlaşacağıq və ümidvaram ki, qalib gələcəyik.


- Oyuna necə hazırlaşmısız?

- Komandamız yaxşı hazırlaşıb. Xüsusən, müdafiəyə diqqət ayırmışıq. Çünki son 2 oyunda problemlər var idi. Azərbaycan millisi də müdafiədə ciddi təsir bağışlayır. Hələ hansı oyun üslubuna üstünlük verəcəyimizi deyə bilmərəm.


- Aleksandr Sorlot son zamanlar yaxşı təsir bağışlayır. Ona sabahkı oyunda şans verəcəksiz?

- Yaxşı formadadır. İkinci mərtəbədə yaxşı oynayır. İnanırıq ki, bu dəfə də ümidlərimizi doğruldacaq.


- İki hücumçudan necə yararlanmaq niyyətindəsiniz?

- Onları birgə istifadə etmək çətindir. Yarımmüdafiə ilə əlaqələrindən də çox şey asılıdır. Çalışacağıq ki, onlardan səmərəli yararlanaq.


- Hansı cinah oyunçularından yararlanmaq niyyətindəsiniz?

- Ardıcıl 2 oyun keçirəcəyik. Hamısından tam həcmdə hər 2 qarşılaşmada yararlanmaq lazımdır. İlk matçda hücumda yaradıcı oyun sərgiləyənlərdən, ikincidə isə müdafiəyə kömək edənlərdən istifadə edəcəyik.

 





31.08.2017    çap et  çap et