Vaxt.Az

«Partlayışın qarşısını almaq mümkünsüzdür»


 

Hyuston daşqını - kimyəvi zavodda nə baş verib?

«Partlayışın qarşısını almaq mümkünsüzdür» «Tropik Harvey fırtınasının gətirdiyi leysan yağışlar nəticəsində, Texas ştatının Arkema zavodunda kimyəvi komponentlərin soyudulması sistemi sırdan çıxıb və ehtimal edilən yanğının qarşısını almaq mümkünsüzdür», deyə şirkət bildirib.

Qasırğa nəticəsində azı 33 nəfər həlak olub.

Təbii fəlakət nəticəsində neft şirkətləri boru kəmərlərini bağladıqdan ABŞ-da enerji təchizatı sistemləri də zərər çəkib.

ABŞ Milli Metereoloji Xidməti qasırğanın tropik depressiya vəziyyətinədək zəiflədiyini bildirsə də, eyni zamanda Texas və Luiziyana ştatlarında leysan yağışların davam edəcəyini proqnozlaşdırıb.

Arkema kimyəvi zavodu işini cümə günü qasırğa yaxnlaşana qədər dayandırıb.

Şirkət bildirib ki, leysan nəticəsində hündürlüyü 102 sm olan su təbəqəsi yaranıb, kimyəvi zavod daşqına məruz qalıb, zavodun enerji təchizatı kəsilib və ehtiyat generatorlar da suyun altında qalıb.

Zavodda üzvi peroksidlər istehsal olunur.

Kimyəvi maddələr zavoddakı çəndə saxlanılır və yüksək temperatur şəraitində təhlükə yarada bilər.

Zavodun direktoru Riçard Rou (Richard Rowe) «Reuters» agentliyinə bildirib ki, «yanğın güclü ola bilər və partlayışa gətirib çıxara bilər».

Onun sözlərinə görə, qara tüstü dəri, göz və ciyəri qıcıqlandıra bilər.

«Ərazidəki daşqın və enerji təchizatında pozuntular yanğnın qarşısının alınmasını mümükünsüz edir», o deyib.

Yanğının zavodun ərazisindən kənara çıxmayacağı ehtimal edilsə də, müəssisənin ətrafındakı ərazidən sakinlər ehtiyat tədbirləri çərçivəsində təxliyə edilib.

Zavod ərazisində qalan son işçilərin təxliyəsi çərşənbə axşamı günü başa çatdırılıb.

 





31.08.2017    çap et  çap et