«Rusların atdığı addıma uyğun şəkildə biz Rusiya hökumətindən San Fransiskoda Baş Konsulluğun, Vaşinqton şəhərində ticarət nümayəndəliyi və Nyu Yorkda konsulluq idarəsini bağlamasını tələb edirik», Dövlət Departamentinin sözçüsü Hezer Noyert (Hether Nauert) açıqladığı bəyanatda bildirib. O, diplomatik nümayəndəliklərin bağlanması üçün son möhlətin sentaybrın 2-i olduğunu əlavə edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bunun elan edilməsindən az sonra atılan addımın təəssüf doğurduğunu deyib.
Diplomatik nümayəndəliklərin bağlanması tələbi ABŞ-ın keçən ay Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar səbəbi ilə yaranmış diplomatik gərginliklər fonunda elan edilib.
ABŞ prezidenti Donald Tramp Moskvanın keçən il prezident seçkilərinə müdaxiləsinə cəza tədbiri kimi Rusiyaya qarşı sanksiyaların tətbiqinə dair qanuna imza atıb.
Rəsmi Moskva ötən ay ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalara cavab olaraq əks-ölçülərə əl atacağını bildirərək, Rusiyada işləyən ABŞ diplomatlarının sayının 755 nəfərdən 455 nəfərə endirilməsini tələb edib.