«Koniku Kore» adı verilən modem böyüklüyündə olan bu cihazın gələcəyin robotlarının beyni ola bilər.
«Google» və «Microsoft» kimi böyük texnologiya şirkətləri insan beynini nümunə alan süni intellekt yaratmağa çalışır.
Kompüterlər mürəkkəb riyazi tənlikləri həll etməkdə insanlardan çox yaxşı olsalar da, bir çox idraki funksiyalarda insanlar kompüterlərdən yaxşıdır. Məsələn bir kompüterə qoxuları hiss etməyi öyrətmək dəhşətli dərəcədə güc və enerji tələb edir.
«Biologiya texnologiyadır»
Oşi Aqabi isə, bioloji funksiyaları təkrarlayan sistemin silikon əsaslı bir prosessorun sərf edəcəyi gücün xırda qismi ilə bunu edə biləcəklərini söyləyib. «Biologiya texnologiyadır. Biazim dərin öyrənmə şəbəkələrimizin hamısı beyni təqlid edir».
Konikunu bir il əvvəl bir quran Agabi indiyədək bir milyon dollara yatırım topladığını və şirkətin hazırda təhlükəsizlik şirkətlərilə bağladığı müqavilələrdən 10 milyon dollar gəlir qazandığını deyib.
«Koniku Kore», qoxuları hiss eləyən canlı neyron və silikon əsaslı sensorlardan ibarətdir.
«Neyronlara nə etməkləri barədə göstəriş verə bilərsiniz. Biz partlayıcıları tapa bilən sensoru yaratmasını tələb edirik», - deyən Aqabi bu texnologiyanin dünyanın hava limanlarında gizli şəkildə yoxlama keçirə biləcəyinə və ya bəzi xəstəliklərin diaqnozunda istifadə edilə biləcəyinə inanır.
TED konfransından başqa, şəkilləri ictimaiyyətlə paylaşılmayan cihazla bağlı ən böyük problem neyronları canlı saxlamaqdırr.
Aqabi BBC-yə açıqlamasında bu cihazın bir stolun üzərində qala biləcəyini və neyronları bir neçə ay canlı saxlaya biləcəklərini söyləyib.
«Gələcəyin robotlarının əməliyyat gücü sintetik bioloji əsaslı olacaq və biz bu gün onların təməlini atırıq», - deyə Aqabi əlavə edib.
«Rəqəmsal kompüterlər sürətli, etibarlı amma savadsızdırlar»
İsveçrənin Cenevrə şəhərində bio və neyro mühəndislik üzərində işləyən Üyss mərkəzindən Prof. Con Donofu (John Donoghue) isə, Aqabinin fikrinin maraqlı olduğunu düşündüyünü deyib.
«Rəqəmsal kompüterlər sürətli, etibarlı amma savadsızdırlar. Neyronlar isə, ağıllı və yavaşdırlar», Donofu deyib.
«Amma onları bir balaca qabın içində saxlamaq çətindir və onları canlı və xoşbəxt saxlaya bilmək böyük problemdir», o, əlavə edib.
Donofu, Cenevrədəki alimlərin artıq «neyronlarını bir qabın içində saxlamağı və onlarla bir il ərzində əlaqə saxlamağı bacardıqlarını», deyib.
O, bu cür sistemlərin beyin sistemini anlamaq üçün həyəcanlandırıcı bir üsul», olduğunu deyib.
Digər alimlər isə neyronların fəaliyyətini silikon kompüter çipləri ilə təkrarlamağa çalışırlar və professor Donofunun zənnincə bu daha sabit sistemlə nəticələnə bilər.
Lakin cənab Aqabi bu sistemin onun icad etdiyi sistemlə mübarizə apara bilməyəcəyini düşünür.
«Yamsılayan silikon ideyası çox çətindir və biz onun kifayət qədər uyğunlaşdırılacağına inanmırıq», o, deyib.