Vaxt.Az

«Əmr verilib: yandırın, ya da yeyin»


 

Rusiyanın San-Fransiskodakı konsulluğundan çıxan qara tüstü nədir?

«Əmr verilib: yandırın, ya da yeyin» Xəbər verdiyimiz kimi, sabah ABŞ-ın xüsusi xidmət orqanlarının əməkdaşları Rusiyanın San-Fransiskodakı konsulluğunda axtarış aparacaq.

Virtualaz.org «Associated Press» agentliyinə istinadən xəbər verir ki, bu dəqiqələrdə Rusiyanın San-Fransiskodakı konsulluğunun binasından qara tüstü qalxmaqdadır.

Mənbəyə əsasən, hadisə yerinə gəlmiş yanğınsöndürənlər binaya buraxılmayıb. Konsulluq işçiləri bildiriblər ki, onlar sobada bəzi əşyaları yandırırlar.

Xəbəri şərh edən sosial şəbəkə istifadəçiləri bu məlumatla bağlı yarızarafat-yarıciddi yazıblar: «Əmr verilib: yandırın, ya da yeyin».


***


00:21

Sentyabrın 2-də ABŞ xüsusi xidmət orqanları tərəfindən Rusiyanın San-Fransiskodakı konsulluğunda axtarış aparılacaq. RİA «Novosti» xəbər verir ki, bu barədə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, axtarışlar diplomatik missiyanın əməkdaşlarının mənzillərində də aparılacaq.

«ABŞ tərəfindən Rusiya qarşı tətbiq edilən məhdudiyyətlər vətəndaşlarımızın təhlükəsizliyinə birbaşa təhlükə yaradır», - deyə M.Zaxarova vurğulayıb.

Xatırladaq ki, avqustun 31-də ABŞ Dövlət Departamenti ölkədəki Rusiya diplomatik nümayəndəliklərinin fəaliyyəti ilə bağlı yeni məhdudiyyətlər elan edib. Buna əsasən sentyabrın 2-nə qədər San-Fransiskodakı Rusiya Baş Konsulluğu, eləcə də Vaşinqton və Nyu Yorkdakı konsulluq obyektləri bağlanmalıdır.

 





02.09.2017    çap et  çap et