Orada Giləzidə sursat anbarında baş vermiş partlayışın «səbəbi» barədə bəhs olunur. Virtualaz.org erməni xislətinə və düşmənin mahiyyətinə uyğun olan həmin iyrənc yalanın məzmununu xatırlatmağa belə lüzum görmür. Bununla belə, saytımız Müdafiə Nazirliyi ilə əlaqə saxlayıb və ermənilərin növbəti «feyk-hücum»u ilə bağlı şərh almağa çalışıb.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, erməni KİV-lərində yayılmış bu uydurmadan xəbardardırlar. «Biz bu cür primitiv saxtakarlığı, həqiqətlə hər hansı bağlılığı olmayan iyrənc yalanı şərh etmək istəmirik. Ermənistan xüsusi xidmət orqanlarının dezinformatorları bu cür uydurmaları yaymaqla ancaq erməni cəmiyyətini aldada bilər», - mətbuat xidmətindən bildirilib.