Vaxt.Az

«Tehrandan gedin»


 

«Həyatınızı qurtarmağın ən asan və təcili yolu budur»

«Tehrandan gedin» İranın Ətraf Mühiti Qoruma Təşkilatının rəisi Məsumə Ebtikar yanvarın 21-də jurnalistlərə açıqlamasında paytaxt Tehranda havanın kəskin çirklənməsindən və nəticədə insanların həyatının ciddi təhlükə ilə üz-üzə qalmasından danışıb.
«Media forum» saytının məlumatına görə, Məsumə Ebtikar deyib ki, paytaxtda havanın çirklənməsinin təhlükəli həddə çatmasının əsas səbəblərindən biri keyfiyyətsiz, standartdan kənar benzindən istifadə olunmasıdır: «Mən paytaxt əhalisinə tövsiyə edirəm ki, həyatınızı qorumaq istəyirsinizsə, təcili Tehrandan çıxıb gedin. Mən xüsusən azyaşlı xəstə uşağı olan ailələrə tövsiyə edirəm ki, təhlükədən qurtarmaq üçün paytaxtdan çıxıb getsinlər. Çünki bu, Tehranın təhlükəli vəziyyətə çatmış çirkli havasından qurtarmağın ən asan və təcili yoludur.
Biz hamımız uşaqlarımızın sağlamlığının təhlükə ilə üz-üzə qalmasından nigaranıq və hesab edirəm ki, bunun ən təcili həll yolu paytaxtdan çıxıb başqa bir yerə köçməkdir».
İran mediasının yaydığı xəbərlərə görə, son illərdə Tehranda havanın çirklənməsi nəticəsində hər ay orta hesabla 227 nəfər həyatını itirib, minlərlə adam xəstəxanaya düşüb.
 





21.01.2014    çap et  çap et