Mixail Saakaşvili qardaşının saxlanılması barədə xəbəri bundan əvvəl verib, lakin Ukrayna Daxili İşlər Nazirliyinin sözçüsü Artyom Şevçenko hüquqi saxlanmanın baş vermədiyini deyib.
«Biz onu saxlamadıq. Kiyev milli polis xidməti Gürcüstan vətəndaşını miqrasiya xidmətinə təhvil verib», İnterfaks Şevçenkonun dediyini yazıb.
O, David Saakaşvilinin Ukraynada yaşayışı üçün icazəsinin mart ayında, işləməsi üçün icazənin isə bundan da əvvəl ləğv edildiyini bildirib.
«Hələ o vaxtı xarici vətəndaşına [David Saalaşvili], onun Ukraynada yaşaması üçün səbəb qalmadığı lazımi şəkildə izah edilmişdi. Lakin o, qanun tərəfindən təyin edilən müddətdə ölkəmizin ərazisini tərk etmədiyi üçün hazırda ölkəmizin ərazisində qanunsuz olaraq qalır», - Şevçenko jurnalistlərə deyib.
Hazırda David Saakaşvili Ukrayna miqrasiya xidməti tərəfindən saxlanılır və onun «özünün istədiyi hər hansı bir ölkəyə qaytarılması və ona qarşı inzibati xəta cəriməsi müzakirə edilir», o, əlavə edib.
Ukrayna Sosialist Partiyasının rəhbəri və Daxili İşlər Nazirinin keçmiş müşaviri İlya Kiva David Saakaşvilinin deportasiya üçün hazırlandığını Ukraynanın 112 Ukrayna telekanalına xəbər verib.