Vaxt.Az

Borbalan Türkiyəni yandırdı


 

Ukraynalıların hər iki qolunda gözlə görünən hakim faciəsi var idi

Borbalan Türkiyəni yandırdı Futbol üzrə Türkiyə milli komandası DÇ-2018 seçmə mərhələsi çərçivəsindəki 7-ci oyununda səfərdə Ukrayna yığması ilə qarşılaşdı. Türk futbolçuları zəif mübarizə aparsalar da ukraynalılar hər iki qolunda ciddi hakim xətaları var idi. Bunlar o qədər kobud idi ki, xətadan daha çox faciəyə oxşayırdı.

Ukraynanın Xarkov şəhərindəki Metalist stadionunda keçirilən oyunda Andrey Yarmalenko 18-ci dəqiqədə vurduğu qolda açıq-aşkar oyundan kənar vəziyyətdə idi. Ukraynalı oyunçu komanda yoldaşının qol ötürməsi zamanı türk futbolçudan ən azı yarım irəlidə idi. Amma oyunun baş ispaniyalı hakimi Fernandes Borbalan oyunu saxlamadı və vurulan qolla türk millisini mənən məhv etdi.


İkinci qol çöldən gəldi


Andrey Yarmolenko 42-ci dəqiqədə vurduğu qolda da biabırçı səhv vardı. Belə ki, Yevgeniy Konoplyonka türk futbolçu Şenər Özbayraklını keçdikdən sonra Andrey Yarmalenkoya qol ötürməsi etməzdən əvvəl top qapı xəttindən çıxmışdı. Yəni ispan hakim topun meydandan çıxdığını görmədi. Nəticədə Konoplyanka komanda yoldaşı Andrey Yarmalenkoya pas ötürdü, ikinci isə sərrast zərbə ilə topu Türkiyə millsinin qapısından keçirdi.

 





03.09.2017    çap et  çap et