Vaxt.Az
Daha bir soydaşımız həbs edildi
Güneyli fəal idman zalından aparılıb
İranda Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan urmiyalı fəal Nima Həsəni tutulub.«Media forum» saytının məlumatına görə, İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Urmiya şöbəsinin əməkdaşları Nima Həsənini yanvarın 19-da Urmiya şəhərindəki «Durnalar» idman zalında, Təbriz və Urmiyanın voleybol komandaları arasında görüş keçirilən vaxt tutub bilinməz istiqamətə aparıblar.
Azərbaycanlı gəncin konkret nədə günahlandırıldığı bilinməsə də, onun həbsi voleybol yarışında milli şüarlar səsləndirməsi ilə əlaqələndirilir.
21.01.2014
çap et