Vaxt.Az

«Bakı» «Atletiko» ilə müqaviləni uzatdı


 

İspan klubu razılaşmanı Londonda imzalayıb

«Bakı» «Atletiko» ilə müqaviləni uzatdı İspaniyanın «Atletiko» (Madrid) klubu və Azərbaycanın «Bakı» klubu sponsorluq sazişinin uzadılmasına dair razılığa gəliblər. Bu barədə Trend İspaniyanın «Marca» qəzetinin saytına istinadən məlumat yayıb. Bununla da tərəflər bu mövsümün sonunda başa çatan sponsorluq müqaviləsinin 2015-ci il iyunun 30-dək uzadılmasına qərar veriblər.
Bu müqavilə tərəflərin Londonda keçirilən görüşü zamanı imzalanıb. Bu o deməkdir ki, İspaniya klubunun yeni sponsorluq sazişinə dair danışıqlarından asılı olmayaraq, « Land of Fire Azerbaijan» loqosunu bundan sonra da qırmızı və ağ futbolkanın üzərində görmək olacaq.
Qeyd edək ki, bundan əvvəl «Atletiko» klubunun 2014-cü ilin sonuna qədər oyunlara üzərində «Land of Fire Azerbaijan» (Odlar yurdu Azərbaycan) sözləri yazılan forma ilə çıxması barədə razılıq əldə olunmuşdu. Müqaviləyə əsasən, «Atletiko» təkcə İspaniya çempionatında yox, Avropa kuboklarında da bu formanı geyinəcək.
 





22.01.2014    çap et  çap et