Vaxt.Az

«Partlayıcı axtarırdılar»


 

Mariya Zaxarova: «Onlar diplomatik mülklərin satacağına ümid edirlər»

«Partlayıcı axtarırdılar» Amerikalılar Rusiyanın ABŞ-dakı diplomatik nümayəndəliklərində partlayıcı qurğular axtarırdılar. Virtualaz.org bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova «Rossiya 1» telekanalının efirində deyib.

O həmçinin qeyd edib ki, ABŞ hakimiyyət orqanları Rusiyanın öz diplomatik mülkiyyətlərini satacağına ümid edirlər.

Onun sözlərinə görə, bu haqda Rusiya diplomatlarına birbaşa və açıq deyiblər. Zaxarova qeyd edib ki, «bunlar hansısa həyətlərdəki birotaqlı mənzillərdən ibarət binalar deyil, onlar Vaşinqtonun və San-Fransiskonun mərkəzində, ən mötəbər yerdədir və orada «tədbirlər” keçirmək onlar üçün maraqlı idi».

 





03.09.2017    çap et  çap et