«Bu ərazilərdən keçən Acınohur dağ silsiləsi ötən əsrin 40-60-cı illərində aparılmış geoloji tədqiqatlar nəticəsində perspektivli neft-qaz rayonu kimi qiymətləşdirilib. Həmin vaxt elmi-nəzəri məlumatlar əsasında bu geoloji zolaqda kəşfiyyat quyuları qazılıb, lakin elmi texnologiyanın kasadlığı səbəbindən axtarışlar lazımi mərhələyə çatdırılmayıb».
AMEA-nın neft axtarışını Dövlət Neft Şirkətinin Elm Fondu maliyyələşdirir. Qeyd edək ki, layihə çərçivəsində Şəkidə də neft axtarışına başlayacaqlar.