RİA «Novosti» xəbər verir ki, bu barədə respublika başçısının mətbuat katibi İon Çeban məlumat verib.
«Moldovalı hərbi qulluqçuların ölkədən kənarda hərbi təlimlərdə iştirakı bizim üçün qəbuledilməzdir», - prezident «Facebook» səhifəsində yazıb.
Qeyd edək ki, «Rapid Trident-2017» beynəlxalq təlimləri sentyabrın 7-dən 23-dək Lvov vilayətindəki poliqonda keçiriləcək. Təlimlərə 14 ölkədən 2500-dən çox hərbi qulluqçu qatılacaq.