Vaxt.Az

Qurdla canavarın fərqi


 

Yaxud Boz Qurd türklər üçün niyə müqəddəsdir?

Qurdla canavarın fərqi Qədim türklər QURDa Göy Qurd deyirdilər. «Göy» səma mənasında, «Qurd» isə «qurtuluş» mənasında anlaşılırdı.

Qurd qorxmazlıq rəmzidir. Hər hansı bir pəncələşmə zamanı axıracan döyüşür, ya qalib gəlir, ya da ölür. Heç vaxt rəqibinin qabağından qorxub qaçmır. Qurd heyvanlar aləmində azadlıq, müstəqillik rəmzidir. Bu müsbət keyfiyyətlərinə görə lap qədimlərdən türk xalqlarının toteminə çevrilmişdir. Qurd ac qalsa da, cəmdək yemir. Ona görə də təmizlik rəmzi sayılır. Yaşı 4.500 il olan Dədəm Qorqud dastanında Salur Qazanın evinin yağmalandığı ikinci boyda Qazan xan qurda üz tutub, onunla «xəbərləşir». «Qurd yüzü mübarəkdir» söyləyərək, ona bir ulu varlıq kimi ehtiram bildirir, onun döyüşçü-ər təbiətini oxşayıb deyir: «Qara başım qurban olsun, qurdum sana».

Ən qədim türklər üçün Aslan və Qurd Günəşi təmsil edirmişlər... Qurdlar heç bir halda qorxu hissi keçirmir. Rəqibinə hücum edərkən ilk olaraq onun gözlərinə baxır, bununla rəqibinin gücünü və qorxub-qorxmadığını müəyyən edir.

Qurd üçün soy və qan təmizliyi çox önəmlidir, yurduna, ailəsinə və soyundan olanlara çox bağlıdır. Ailəsinə və yurduna təcavüz olarkən qurdun qəzəbi qarşısında heç bir canlı duruş gətirə bilmir. Hətta, intiqam hissi ilə irəliləyən qurddan aslanlar belə ehtiyat edir, yoldan çəkilir. Qurd düşməninə gözlənilmədən və arxadan saldırmaz. Üzbəüz, gözbəgöz dayanar, saldıracağını öncədən bəlli edər.

Əyər boz qurd ona saldıran çox sayda yırtıcının əhatəsində çıxılmaz durumda qalarsa, əsir olmamaq üçün sinəsini parçalayıb özünü öldürər. Qurd haqqında eyni rəvayət həm türklərdə, həm almanlarda, həm də italyanlarda mövcuddur. Yaxud hun sərkərdəsi Atilla haqqında əfsanələrə bir çox xalqların nağıllarında rast gəlmək olar. Qəribədir ki, həmin xalqlar həm Qurdu, həm də Atillanı özününkü hesab edirlər.

Qurd ailəsi də bir neçə yerə bölünür.


Ağ və göy qurdlar nəsli, bunlar daima İnsanlara kömək edər, onlara yol göstərərlər. Qurd ailəsinin başbilənləridir. Bunlar Qurd ailəsinin seçilmişləridir. Əsla və əsla gözə görünməzlər. Yalnız Qurd ailəsi çətinlikdə olanda üzə çıxarlar. 


Boz qurdlar döyüşçülərdir. Ailə qoruyalardır. Nəsil artımı onlar üzərindədir. Bütün qurd ailəsinin və törəsinin inkişafı onlarda asılıdır. Boz Qurdlar öz nəsilləri ilə nikaha girə bilirlər. 


Qara Qurdlar müasir canavarların atalarıdır. Onlar bir qədər dağlıq yerdə yaşamağa üstünlük verirlər. Bir növ sürü psixologiyasından uzaqdırlar. Leş və cəmdək yeyirlər. Qurd törəsinə az riayət edirlər. 


Canavarlar Boz Qurdla Qara Qurdun yaxınlığından əmələ gəlir. Lakin Ana südü əmdiyi üçün Qurd törəsinə elə sadiq deyil. Onlar anaları kimi leş və cəmdək yeyir, sürüyə çox sədaqətli olmurlar. Bir növ təmiz qan sayılmırlar.

 





05.09.2017    çap et  çap et