Vaxt.Az

Prezident yeni neft müqaviləsinin anonsunu verdi


 

İlham Əliyev Azərbaycanın ilk «Xankəndi» adlı sualtı gəmsinin təqdimat mərasimində iştirak etdi

Prezident yeni neft müqaviləsinin anonsunu verdi «Bir neçə gündən sonra «Azəri-Çıraq-Günəşli» yatağı üzrə yeni kontraktın imzalanması nəzərdə tutulur. Biz, o yataqdakı fəaliyyətimizi 2050-ci ilə qədər uzadacağıq. Bu da bir daha onu göstərir ki, Azərbaycanın çox böyük neft ehtiyatları var».

Virtualaz.org-un məlumatına görə, bunu Prezident İlham Əliyev «Xankəndi» sualtı tikinti gəmisinin istismara verilməsi mərasimindəki çıxışında deyib.

Yeri gəlmişkən, 175 nəfərlik kayutlarla təchiz olunan bu gəmi indiyə qədər Bakı gəmiqayırma zavodunda icra olunan ən mühüm sifarişdir. Gəminin inşası Azərbaycanın iqtisadi və sənaye potensialının gücləndirilməsi istiqamətində növbəti addımdır.

Onu da qeyd edək ki, «Xankəndi» gəmisi təkcə Azərbaycanın deyil, bütövlükdə Xəzərin gəmiçilik tarixində yeni eranın başlanğıcıdır. Xəzər dənizindəki neft və qaz donanmasının yeni texnologiyalı ən müasir gəmisi olan «Xankəndi» suyun dərinliyi 550 metrədək olan hissələrdə dünya standartlarına uyğun sualtı qurğular inşa etmək üçün layihələndirilib. Gəmi təhvil verildikdən sonra sahildən təxminən 70 kilometr məsafədə yerləşən «Şahdəniz» yatağının ikinci inkişaf mərhələsi üçün səfərbər olunacaq və 2017-2027-ci illərdə «Şahdəniz mərhələ 2» layihəsinin sualtı quraşdırma işlərində istifadə ediləcək.

 





06.09.2017    çap et  çap et