Bu addım divizion komandalarını elitaya hazırlıqlı gəlməsinə hesablanıb. Belə ki, uşaq komandaları baxımından problem yaşayan aşağı dəstə klubları Premyer Liqaya yüksələrkən artıq əvəzedici heyəti qurmaqda çətinliklə üzləşməyəcək. Bu tələbi yerinə yetirməyənlər isə divizionda oynamaq hüququndan məhrum olacaq.
Lakin bu qərarın mənfi cəhəti daha çoxdu. Birbaşa qarşısına gənc və yeniyetmə futbolçu nəsli yetişdirmək hədəfi qoyan komandalar bundan əziyyət çəkəcək. İllərdi bu işlə məşğul olan «Leon», «Bakı», «Azəri» kimi komandalar, müxtəlif UGİM-lər, TİM-lər artıq bu yaşa çatan uşaqlarını başqalarına verməyə məcburdu. Çünki onlara U-19 liqasına kollektiv buraxmaq qadağan edilib. Bu isə birbaşa uşaq futboluna zərbə vurmaq olacaq.