«Qafqazinfo»nun əməkdaşı bu suala cavab tapmaq üçün Nazirlər Kabinetinin (NK) mətbuat xidmətinin rəhbəri Akif Əliyə müraciət edib. Amma rəsmi dövlət qurumunun təmsilçisinin suala cavabı sözün həqiqi mənasında redaksiyanı şoka salıb. Akif Əlinin cavabını təqdim edirik:
«Səhər-səhər ölü xəbərləri ilə məni narahat etməyin. Belə xəbərlər mənə pis təsir edir. Bu haqda heç nə bilmirəm. Ümumiyyətlə, maraqlanmıram. O fındıqbaş kişi məni maraqlandırmır. Xahiş edirəm, səhər-səhər məndən belə şeylər soruşmayın. Yaxşı şeylər danışaq ki, günümüz yaxşı keçsin».
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli yazıçı, filoloq alim, 2-ci dərəcəli dövlət müşaviridir.