Gürcü lider sosial şəbəkədə velisoped sürərkən fotosunu da paylaşıb:
«Artıq çıxdıq, biz Krakovetsə gedirik, Ukraynaya».
Ukrayna rəsmiləri isə onun ölkəyə buraxılmayacağını və Saakaşvilinin sərhədi keçməyə cəhd edəcəyi təqdirdə onun pasportunun əlindən alınacağını vurğulayıblar.
Qeyd edək ki, Odessanın keçmiş qubernatoru iyulun 26-da Ukrayna vətəndaşlığından çıxarılıb. Həmin vaxt Saakaşvili ABŞ-da olub, bundan sonra isə o, Polşa, Litva və Macarıstana gedib.
Siyasətçi bir neçə dəfə Ukraynaya dönəcəyini bəyan edib.