Həmin İŞİD-çinin kimliyi məlum deyildi, ilkin versiyaya görə fotodakı şəxsin özbək olduğu təxmin edilirdi. Lakin daha sonra dəqiqləşmişdi ki, bu terrorçu azərbaycanlıdır.
Nəhayət bu gün redaksiyamıza fotodakı İŞİD-çinin kimliyi barədə məlumat daxil olub. Məlumatda deyilir ki, qeyd olunan şəxs İŞİD terror təşkilatının sıralarında uzun müddət döyüşmüş, «Abu Cihad» ləqəbli, 22.02.1979-cu il təvəllüdlü Azərbaycan vətəndaşı Məmmədov Eldəniz Lazım oğludur. O, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən tutularaq cinayət məsuliyyətinə cəlb edilib.
Həmçinin məlum olub ki, Eldəniz Məmmədov sosial şəbəkələrdə İŞİD-çilər arasında populyar olan İnstagram səhifəsinin sahibidir.