Vaxt.Az

Lerikdə zəlzələ oldu


 

Təkanlar 16 km dərinlikdə baş verib

Lerikdə zəlzələ oldu Lerikdə zəlzələ qeydə alınıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-in verdiyi xəbərə görə, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 10 sentyabr 2017-ci il tarixində Bakı vaxtı ilə saat 06:32-də Lənkərandan 20 km qərbdə Lerik rayonu ərazisində 3.6 maqnituda, 16 km dərinlikdə zəlzələ qeydə alınıb.

Zəlzələ yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

İnsan tələfatı və dağıntı barədə məlumat daxil olmayıb.

 





10.09.2017    çap et  çap et