Barbuda adasının hazırda «yaşayışa az yararlı» olduğu deyilir. Rəsmilər Fransaya aid St Martin adasının tamamilə dağıldığını deyirlər.
Ən yüksək kateqoriya ilə qiymətləndirilmiş İrma Puerto-Rikonun şimalından Dominikan Respublikasının şimalına keçib və Turks və Kaykos adalarına tərəf gedir.
Bu, Kariblərdə son on ilin ən güclü qasırğası hesab olunur və sürəti saatda 285 kilometrə çatıb.
Dəymiş zərərin miqyası fövqəladədir və ölüm sayının artacağı da deyilir. Bu arada, başqa iki tufan da qasırğaya çevriləcək qədər gücləndirib.
Qasırğa, güclü leysan və külək yaratdığından adanın üç milyon əhalisinin yarıdan çoxu enerjisiz qalıb. Rəsmiləri bildiriblər ki, bir neçə gün işıq olmaya bilər.
Qasırğa ilk olaraq Antiqua və Barbuda adalarını vurub. Barbudada bir uşaq ölüb, evlərin 95 faizi zərər görüb, baş nazir Qaston Braun deyib.
«Ada demək olar ki, suyun altındadır», o, 1600 nəfərin yaşadığı adanın üzərindən uçarkən bildirib.
80 min nəfərin yaşadığı Antiquada isə ölüm-itim halı olmayıb, rəsmilər qeyd edirlər.
Məlumata görə, St. Martin və Seynt Bartelemi ərazilərində azı 6 nəfər ölüb.