Reklamlar xüsusi bir siyasi partiyanı dəstəkləməyib, lakin mühacirət, irq və bərabər hüquqlar kimi mövzular barədə olub.
«Facebook» əldə etdiyi məlumatı, ABŞ-da Rusiyanın seçkilərə mümkün müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müllerlə paylaşacağını deyib.
Reklamlar «Facebook» istifadəçilərini saxta informasiya yayan 470 hesaba yönəldib və ya «Facebook»un qaydalarını başqa səbəblərə görə pozublar, «Facebook» bildirib.
«Görünürdü ki, reklamlar və hesablar cəmiyyəti bölüşdürən və ideoloji spektri tamamilə əhatə edən mübahisəli sosial və siyasi mesajları təbliğ edirdir», şirkətin bloqunda yazılıb.
Şirkət bu məlumatı yayan «Facebook» hesablarının Rusiyanın Sankt Peterburq şəhərində yerləşən Rusiya hökuməti yönümlü və özünü İnternet Araşdırma Agentliyinin («Internet Research Agency») yaratdığını ehtimal etdiyini, lakin bunu təsdiqləyə bilməyəcəyini qeyd edib.
«Facebook»un baş təhlükəsizlik mütəxəssisi Aleks Stamos bu hesabların artıq bağlandığını qeyd edib.