Vaxt.Az

«AFFA ilə danışığımız olmayıb»


 

Robert Prosineçki: «Gələcəkdə necə olacaq, bilmirəm»

«AFFA ilə danışığımız olmayıb» Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına açıqlama verib. O, gələcək karyerası ilə bağlı da danışıb: «AFFA ilə müqaviləm bu ilin dekabrında başa çatacaq. Yeni müqavilə ilə bağlı danışıq aparmamışıq. ecə olacağını bilmirəm».

Prosineçki adının Xorvatiya millisiylə çəkilməsinə də münasibət bildirib: «Mətbuatda adımın Xorvatiya millisi ilə yanaşı çəkilməsinə gəlincə, bunlardan xəbərim var. Ancaq bu günədək mənimlə Xorvatiya yığmasının baş məşqçisi olmaq barədə söhbət olmayıb. Azərbaycan millisini çalışdırdığım vaxtda bu barədə danışmaq düzgün olmaz. Gələcəkdə necə olacaq, bilmirəm».

 





10.09.2017    çap et  çap et