Vaxt.Az

«Mən qorxuram...»


 

Rusiyanın tanınmış jurnalisti aldığı təhdidlərə görə ölkəni tərk edib

«Mən qorxuram...» Tanınmış siyasi şərhçi və yazar Yuliya Latınına həyatına təhlükələrlə əlaqədar Rusiyanı tərk edib. Latınina bunu Moskvada «Exo Moskvı» radio stansiyasına bildirib.

Latıninanın maşını sentyabr ayında yandırılmış, bundan bir neçə həftə öncə isə naməlum şəxslər onun Moskvadakı evi və maşınının qarşısına zəhərli maddə tökmüşdü.

«Mən qorxuram... Qorxuram ki, bunu edən insanlar bunun nəticələrinə hazır idilər», Latınina maşını yandırılarkən bildirmişdi.

«Mən xaricdəyəm, valideynlərim də xaricdədirlər. Rusiyaya yaxın zamanlarda qayıdacağımı düşünmürəm», deyə Latınina şənbə günü «Exo Moskvı» radio stansiyasına deyib.

«Novaya Qazeta» qəzetində köşə yazarı olan Latınina Kremlin Çeçenistanla bağlı siyasəti və yerli rəsmiləri tənqid edirdi.

Keçən il Yuliya Latınina Moskvanın mərkəzində hücuma məruz qalmışdı.

 





10.09.2017    çap et  çap et