Johannes Preiser-Kapeller həmin məqaləsində 1286-1331-ci illərdə yaşamış fransız səyyahı Odoricus de Portu Naonisa istinadən Təbrizin qədim adının Şuşa olduğunu bildirib.
Çox maraqlıdır ki, lap qədimdə Şuşa şəhəri salınmazdan öncə orann adı mənbələr Novruz və Təbriz kəndləri kimi qeyd edib Şuşada Təbrizli məhəlləsi olub. Təbrizli məhəlləsinin tarixi Şuşa tarixinin tərkib hissəsidir. Şuşa şəhəri qurulduğu çağdan başlayaraq genişləndi. Yeni-yeni məhəllələr meydana gəldi. Hər məhəllədə məscid, hamam tikildi, meydan quruldu. Təbrizli məhəlləsi Şuşa şəhərinin ilk məhəllələrindən biridir. Bu məhəllə sakinləri Təbrizdən Bayat qalasına, ordan Şahbulağa, sonra isə Şuşa şəhərinə gəliblər. Təbrizli məhəlləsinin sakinləri Qarabağ mədəniyyətinə təkan verdilər. Muğamat sazı, qəzəl qoşmanı üstələdi. Qarabağın bir çox şairləri bu məhəllədən çıxıb. Həmin şairlərdən Ağahüseyn Arif, Abdulla Camzadə, Süleyman Faxir, Əbdül Şahin, Mirzə Nəcəfqulu Şəms-Zakir, Fərruxi və başqalarım nişan verə bilərik. Məhəllə əhalisinin əksəriyyəti savadlı idi. Təbrizli məhəlləsinin bünövrəsinədək Qarabağda Xudadad (farsca Allahverdi) adı yox idi. Bu adı onlar özləri ilə bərabər gətirmişdilər. Ad daşıyıcılarından biri Xudadad xan Dünbülü Təbrizin hakimi olmuşdu. Məhəllə sakinlərindən biri bu adı öz oğluna qoymuşdu.
Şuşa şəhərinin digər məhəllələrində tanınmış biri adamı çağıranda adının sonuna, Təbrizli məhəlləsində isə önünə «ağa» sözü əlavə edilirdi XVIII yüzilin ikinci yarısından başlayaraq Aşura təziyəsi, əsasən, Təbrizli məhəlləsində keçirilirdi. Daha izdihamlı, daha gur olduğundan şəhər qazısı da bu məhəllədə təziyəyə qatılırdı.
Təbrizli məhəlləsinin əhalisi azad icma idi. Onlar xan divanına, rus üsul-idarəsi dönəmində dövlətə vergi ödəyirdilər. Şuşa şəhərinin digər məhəllələrində olduğu kimi, Təbrizli məhəlləsində də əhalinin başlıca məşğuliyyət sahələri sənətkarlıq və ticarət idi. Məhz sənətkarlar və tacirlər Təbrizli məhəlləsi əhalisinin böyük əksəriyyətini təşkil edirdi.