Xatırladaq ki, bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan buna görə Rusiya tərəfinə beh də verildiyini bildirmişdi: «Mən və Putin bu mövzuda qərarlıyıq».
RF prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin də tərəflər arasında saziş imzalandığını təsdiqləyib: «Hazırda razılaşma icraya hazırlanır».
Xatırladaq ki, bir çox hərbi ekspertlər S-400 zenit qurğusunu Putinin ən ölümcül silahlarından biri kimi xarakterizə edirlər. Raketin mərmi sistemi havadan gələ biləcək bütün təhlükələri yox etmək üçün hazırlanıb. «S-400 Triumf» zenit-raketi elə hazırlanıb ki, nəinki mövcud texnologiya, hətta gələcəkdə inkişaf etdiriləcək texnologiyalar ilə hazırlanacaq qurğuları zərərsizləşdirmək qabiliyyətinə malikdir.
2007-ci ildən bəri Rusiya Silahlı Qüvvələrinin silahlanmasında yer alan və Rusiyanın Almaz Ante Dizayn Bürosu tərəfindən inkişaf etdirilən «S-400» Triumf raketi özünəməxsus xüsusiyyətlərə malikdir. S-400 Triumfdan zərbə açıldığı an raket 8 dəqiqə (480 saniyə) hədəfinə çata bilir. 30 min metr hündürlükdə işləyə və beş dəqiqədə yerləşdirilə bilən «S-400» raketi 400 kilometrlikdəki hədəfi tam zərərsizləşdirmək qabiliyyətinə malikdir. Raketdən atılan mərmilər 1800-1900 kiloqram ağırlığındadır və ölümcül təsiri var.