Sentyabrın 11-də Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən bloqqer Aleksandr Lapşin bu gün vəkil Eduard Çerninlə görüşüb. Bu barədə «Trend»ə E.Çerninin özü məlumat verib.Vəkil bildirib ki, A.Lapşinin səhhəti normaldır: «İntihara cəhddən sonra həkim nəzarətindədir. Özünü yaxşı hiss edir. Şikayəti yoxdur».
E.Çernin qeyd edib ki, A.Lapşin anasına görə Azərbaycanı tərk etmir: «O, anasını gözləyir. Bu gün gecə saatlarında anası Bakıya gələcək. Səhər məsləhətləşəcəklər. Ola bilsin ki, ya sentyabrın 13-də, ya da 14-də Lapşin anası ilə birlikdə Azərbaycanı tərk etsin».
çap et