Virtualaz.org TASS-a istinadən xəbər verir ki, bu gün jurnalistlər önündə çıxış edərək Saakaşvili bildirib: «Bütün Ukraynanı dolaşdıqdan sonra yaxın günlərdə, yaxud həftələrdə mən Kiyevə gələcəyəm». O qeyd edib ki, bu gündən etibarən «iri şəhərləri və kiçik kəndləri» gəzərək, «xalqın tələbləri»ni toplayacaq. «Bundan sonra mən xalqla birlikdə Kiyevə yollanaraq bu tələbləri Ukrayna hakimiyyətinə çatdıracağam», - o deyib.
Bununla birlikdə, Gürcüstanın keçmiş prezidenti qeyd edib ki, onun prezident Poroşenko və baş nazir Vladimir Qroysmanla şəxsi ədavətim yoxdur, lakin «Ukrayna hakimiyyətinin oğru olmasını və qanunsuzluğun hökm sürməsi»ni bildirib.