Vaxt.Az

Saakaşvilini təqib etməyin!


 

ABŞ Ukraynaya göstəriş verdi

Saakaşvilini təqib etməyin! Odessanın sabiq qubernatoru Mixail Saakaşvili pasportsuz səyahətini davam etdirir. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, hazırda Ukrayna ərazisində olan Odessanın sabiq qubernatoru ölkə miqyasında tərəfdarlarının sayını genişləndirmək üçün imzatoplama kampaniyasına başlayacağını açıqlayıb.

Saakaşviliyə ilk dəstək ABŞ-dan gəlib. Dövlət Departamentindən Ukrayna prezidenti Petro Poroşenkodan sabiq qubernatorun təqibinə və onun ətrafında yaranmış siyasi drama son qoyulması tələb olunub.

Bu arada Saakaşvilinin fəaliyyətindən bəhs edən kitab seriyasının müəllifi Lali Moroşkina sabiq qubernatorun Ukrayna canfəşanlığını təsadüfi saymır və bunu okeanın o tayından verilən təlimatlarla əlaqələndirir. Müəllifin fikrincə, Mixail Saakaşvinin həyat yoldaşı Sandra Rulofsun ona bu məsələlərdə verdiyi dəstək də əbəs deyil. Müəllif hesab edir ki, cütlük konkret tapşırıqları yerinə yetirir.

«Vahid Gürcüstan» hərəkatının lideri Nino Burcanadze də sabiq Odessa qubernatorunun fəallığını təhlil edərkən bildirib ki, o, istisnasız olaraq Vaşinqtonun əmrlərini yerinə yetirir.

Bu arada Saakaşvili mətbuata açıqlama verib. «Biz daha yaxşı, öz vətəndaşlarına yalan danışmayan, gələcəyini özü quracaq bir Ukrayna istəyirik. Ölkə hakimiyyəti indi fırıldaqçılardan ibarətdir. Bu cür yalançıları dünya heç vaxt görməmişdi», - deyə sabiq qubernator deyib.

Xatırladaq ki, mövcud konstitusiyaya görə pasportsuz və ölkə ərazisində yaşamasının 10 ili tamam olmayan Mixail Saakaşvili prezidentliyə namizəd ola bilməz.

 





14.09.2017    çap et  çap et