Vaxt.Az

3 erməni kəndi boşaldılıb


 

«Hələ indiyə qədər belə gülləbaran olmamışdı»

3 erməni kəndi boşaldılıb «Ermənistanın Tavuş rayonunun üç kəndinin sakinləri öz evlərindən evakuasiya olunublar». «Axar.az» məlumat verir ki, bu informasiyanı Ermənistan mətbuatı yayıb.
Dünən ermənilərin Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində hücumuna Azərbaycan ordusu kəskin cavab verib. Belə ki, Milli Ordunun cavab atəşi Ermənistanın üç kəndinin boşaldılması, əhalinin evlərindən çıxarılması ilə nəticələnib. Evlərindən sığınacaqlara göndərilən kəndlər isə Tavuş rayonunun Ayqepar, Çinan və Nerkin Karmiraxpyur olub. Mətbuat artıq həmin kəndlərin sakinlərinin səhər 06:00-a yaxın öz normal həyatlarına döndüklərini yazıb.   
Qeyd edək ki, dünən ermənilər Tovuzun Əlibəyli kəndi istiqamətində hücuma keçmişdilər. Lakin ordumuzun cavab atəşi onları geri çəkilməyə məcbur etmişdi. Əlibəyli sakinləri hələ indiyə qədər belə gülləbaran olmadığını deyiblər.
 





23.01.2014    çap et  çap et