Vaxt.Az

«Quru ot və kol-kos yanıb»


 

İsmayıllı meşəsində yanğın tamamilə söndürülüb

«Quru ot və kol-kos yanıb» İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Basqal meşəbəyliyinin Zərgəran kəndi yaxınlığındakı yüksək dağlıq ərazidə baş vermiş yanğın söndürülüb.

Bu barədə «Trend»ə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı, rayon Fövqəladə hallar komissiyasının sədri Rövşən Ağayev məlumat verib.

Komissiya sədri bildirib ki, yanğın gecə saatlarında tam söndürülüb: «Hadisə nəticəsində 500 kvadratmetrə yaxın ərazidə quru ot və kol-kos yanıb. Yanğının ağaclara keçməsinin qarşısı alınıb. Yanan ərazinin 30-40 kvadratmetri qoruğa, qalan ərazi isə meşəbəyliyə məxsusdur. Hazırda yanğının hansəı səbəbdən baş verməsi araşdırılır».

Xatırladaq ki, Zərgəran kəndi yaxınlığındakı yüksək dağlıq ərazidə yanğın hadisəsi sentyabrın 14-də baş verib.

Hadisə yerinə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının nümayəndələri cəlb olunub.

 





15.09.2017    çap et  çap et