«Turan»dan verilən məlumata görə, Departament bu qərarı kameral yoxlamanın yekunu əsasında qəbul edib. Bu barədə qurum informasiya agentliyinə rəsmi məktubla məlumat verib.
Bildirilir ki, məhz 2014-2016-cı illər üzrə əlavə vergi ödənilməsi barədə bu qərardan 7 avqust 2017-ci ildə Vergi Cinayətlərinin İlkin Araşdırılması Departamenti tərəfindən «Turan»a qarşı cinayət işi qaldırılmış və agentliyin ofisində axtarışlar aparılmışdı. Bundan sonra agentliyin direktoru Mehman Əliyev həbs olunmuşdu.
Beləliklə, 2010-2016-cı illər üzrə əlavə vergi hesablanması barədə qərarın ləğv edilməsi ilə «Тuran» agentliyinə qarşı cinayət işinin hüquqi bazası qalmır.